AFFA nümayəndəsi “Lill” – “Real Betis” matçına təyinat alıb

8 Sentyabr 2026 20:27
71
AFFA nümayəndəsi “Lill”  – “Real Betis”  matçına təyinat alıb

İdman.Biz AFFA-ya istinadən xəbər verir ki, qurumun Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayevaya UEFA tərəfindən təyinat verilib.

O, UEFA Gənclər Liqasının birinci turu çərçivəsində keçiriləcək “Lill” (Fransa) – “Real Betis” (İspaniya) matçında UEFA nümayəndəsi olacaq.

Görüş sentyabrın 9-da Fransanın Lill şəhərində yerləşən “Domen de Luşen Təlim Mərkəzi” stadionunda təşkil olunacaq.

İdman.Biz