İtaliyanın “Fiorentina” futbol klubu komandaya yeni baş məşqçi təyin olunduğunu açıqlayıb.
İdman.Biz xəbər verir ki, Paolo Vanoli ilə müqavilənin detalları hələlik açıqlanmayıb. Klub Vanoliyə komanda ilə yenidən işləməyə dərhal və həvəslə razılıq verdiyi üçün təşəkkür edib. Mütəxəssis qayıtdıqdan sonra ilk məşqini bu gün keçirəcək.
Vanoli daha əvvəl 2025-ci ilin noyabrından 2026-cı ilin iyununa qədər “Fiorentina”ya rəhbərlik edib.
“Bənövşəyilər”in əvvəlki baş məşqçisi Fabio Qrosso İtaliya çempionatının startında ardıcıl üç məğlubiyyətdən sonra istefaya göndərilib.
