Bu gün “Real”, “Liverpul” və “Qalatasaray” meydana çıxacaq - AFİŞA

4 Sentyabr 2026 09:45
101
Bu gün “Real”, “Liverpul” və “Qalatasaray” meydana çıxacaq - AFİŞA

Bu gün Avropanın TOP-5 futbol liqalarında və Türkiyə Super Liqasında növbəti turun oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, İngiltərə Premyer Liqasında “Liverpul” səfərdə “İpsviç”lə qarşılaşacaq. La Liqada isə günün diqqətçəkən oyununda “Real” “Betis”in qonağı olacaq.

Fransa Liqa 1-də iki, Premyer Liqa, La Liqa, A Seriyası və Bundesliqada isə hərəyə bir qarşılaşma baş tutacaq. Türkiyə Super Liqasında günün yeganə oyununda “Başakşəhər” “Qalatasaray”ı qəbul edəcək.

Günün oyunları (Bakı vaxtı ilə):

Liqa 1
21:00. “Lion” - “Oser”
23:05. PSJ - “Monako”

Türkiyə Super Liqası
21:00. “Başakşəhər” - “Qalatasaray”

Bundesliqa
22:30. “Ştutqart” - “Köln”

A Seriyası
22:45. “Cenoa” - “Komo”

Premyer Liqa
23:00. “İpsviç” - “Liverpul”

La Liqa
23:00. “Betis” - “Real”

İdman.Biz