Messinin “10 nömrə”si üçün əsas namizəd məlum oldu

2 Sentyabr 2026 22:34
93
Messinin “10 nömrə”si üçün əsas namizəd məlum oldu

“Komo”nun 21 yaşlı futbolçusu Nikolas Pas Lionel Messinin milli komandadakı karyerasını başa vurmasından sonra “10 nömrə”ni geyinməyə ən real namizəd hesab olunur

İdman.Biz ESPN istinadən xəbər verir ki, argentinalı futbol şərhçisi Federiko Bueno Nikolas Pası Lionel Messinin milli komandadakı karyerasını başa vurmasından sonra 10 nömrəli formanı geyinməyə ən real namizəd sayıb.

Pas 2026-cı il dünya çempionatında Argentina millisinin heyətində 18 nömrəli forma ilə çıxış edib. Məlumata görə, Lionel Skaloni baş məşqçi vəzifəsində qalacağı təqdirdə məşhur “10 nömrə”nin Pasa verilməsi nəzərdən keçirilir.

Qeyd edək ki, argentinalı futbolçu klub səviyyəsində artıq 10 nömrəli formanı geyinir.

İdman.Biz