Uruqvay Kubokunda keçirilən qarşılaşmadan sonra futbol meydanlarında nadir rast gəlinən insident yaşanıb.
İdman.Biz xəbər verir ki, “Danubio”nun məğlubiyyətindən və komandanın uğursuz nəticələrindən narazı qalan bir qrup azarkeş final fitindən sonra meydana daxil olub.
Tərəfdarların futbolçulara tərəf yönəlməsi ilə vəziyyət qısa müddətdə nəzarətdən çıxıb. Qarşıdurma zamanı bəzi azarkeşlər oyunçulara hücum edib, futbolçular isə özlərini qorumağa çalışıblar.
Bu gönderiyi Instagram'da görHadisənin ən gərgin anı “Danubio”nun qapıçısı Kevin Martineslə meydana daxil olan azarkeşlərdən biri arasında yaşanıb.
Qapıçı ilə tərəfdar arasında əvvəlcə mübahisə başlayıb, daha sonra tərəflər bir-birlərinə yumruq zərbələri endiriblər.
Davanın böyüməsinin qarşısını Martinesin komanda yoldaşları alıblar. Futbolçular qapıçını azarkeşdən uzaqlaşdıraraq qarşıdurmanı dayandırıblar.
Meydana daxil olan azarkeşlərin yaratdığı qarışıqlıq səbəbindən qarşılaşmadan sonra stadionda böyük insident yaşanıb.
