Nik Voltemade “Yuventus”a keçdi

1 Sentyabr 2026 23:09
76
Nik Voltemade “Yuventus”a keçdi

İtaliyanın “Yuventus” futbol klubu “Nyukasl”ın hücumçusu Nik Voltemadeni icarəyə götürüb.

İdman.Biz xəbər verir ki, Bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb. Futbolçu ilə müqavilə 2027-ci il iyunun 30-dək qüvvədə olacaq.

İnsayder Fabritsio Romanonun məlumatına görə, “Yuventus” bu transfer üçün “Nyukasl”a 3,5 milyon funt-sterlinq (təxminən 8 milyon manat) ödəyib. Müqavilədə futbolçunun transferinin opsion əsasında alınması nəzərdə tutulmayıb.

Voltemade 2025-ci ilin yayında “Ştutqart”dan “Nyukasl”a keçib. Alman futbolçu ötən mövsüm İngiltərə klubunun heyətində bütün turnirlərdə 53 matçda iştirak edib, 11 qol vurub və 6 məhsuldar ötürmə edib.

24 yaşlı hücumçu daha əvvəl “Verder”, “Elversberq” və “Ştutqart”da çıxış edib. “Ştutqart”ın heyətində 2024/25 mövsümündə 36 oyunda 18 qol vuraraq Almaniya kubokunun qazanılmasına kömək edib.

“Transfermarkt”ın məlumatına görə, Voltemadenin bazar dəyəri 55 milyon avrodur (təxminən 110 milyon manat).

İdman.Biz