Ronaldunun dostu Messiyə söz atdı: “Bütün zamanların ən yaxşısı bəllidir”

31 Avqust 2026 21:11
141
Ronaldunun dostu Messiyə söz atdı: “Bütün zamanların ən yaxşısı bəllidir”

Britaniyalı televiziya aparıcısı Pirs Morqan Kriştianu Ronaldu ilə Lionel Messi arasındakı “bütün zamanların ən yaxşı futbolçusu” mübahisəsinin artıq həll olunduğunu deyib.

İdman.Biz bildirir ki, Ronalduya yaxınlığı ilə tanınan Morqan 39 yaşlı argentinalı futbolçunun milli komanda karyerasını başa vurması ilə bağlı paylaşım edib.

“Son dəqiqə xəbəri. Lionel Messi Argentina millisində 125 qolla milli komanda karyerasını başa vurub. Bu, futbol tarixində ikinci ən yaxşı göstəricidir.

Kriştianu Ronaldu isə Portuqaliya millisində 146 qol vurub. Bu, futbol tarixinin ən yaxşı nəticəsidir.

Bütün zamanların ən yaxşısı ilə bağlı mübahisələr bununla bitir”, – Morqan yazıb.

İdman.Biz