İngiltərənin “Mançester Siti” futbol klubu “Liverpul”un niderlandlı hücumçusu Kodi Qakponu transfer etmək üçün hərəkətə keçib.
İdman.Biz BBC Sport-a istinadən xəbər verir ki, “şəhərlilər” 27 yaşlı futbolçu ilə müqavilənin şərtlərini artıq razılaşdırıblar. İngiltərə klubu Qakponun transferi üçün “Liverpul”a 85 milyon funt-sterlinq(193 milyon manat) təklif etməyi planlaşdırır.
Hazırda “Mançester Siti” “Liverpul”un futbolçu üçün əvəzləyici tapmasını və Qakponun satışına razılıq verməsini gözləyir.
Qeyd edək ki, “Liverpul”un PSJ-nin hücumçusu Bredli Barkolanı heyətinə qatmağa yaxındır.
