“Mançester Siti” və “Tottenhem”in istədiyi futbolçunun taleyi bəlli olur

29 Avqust 2026 19:11
102
“Mançester Siti” və “Tottenhem”in istədiyi futbolçunun taleyi bəlli olur

Futbolçu Kody Qakponun “Liverpul”dakı gələcəyi bu gün müəyyənləşə bilər

İdman.Biz insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, “Mançester Siti” 27 yaşlı niderlandlı vingerin transferi üçün danışıqları davam etdirir. “Tottenhem” də iyul ayından Qakpo ilə maraqlanır.

“Liverpul” futbolçunu yalnız onun əvəzləyicisini tapacağı halda satmağa hazırdır. Qakponun klubla müqaviləsi 2030-cu ilin yayına qədərdir.

“Transfermarkt” Qakponun bazar dəyərini 60 milyon avro (təxminən 117 milyon manat) qiymətləndirir.

İdman.Biz