Azərbaycanın “Neftçi” futbol komandasının sabiq hücumçusu Vinsent Abubakar Türkiyəyə qayıdıb.
İdman.Biz “Ajansspor“a istinadən xəbər verir ki, 34 yaşlı kamerunlu forvard Türkiyənin 1-ci Liqasında çıxış edən “Bodrum FK” ilə müqavilə imzalayıb.
View this post on Instagram
Abubakar ötən mövsüm “Neftçi”nin formasını geyinib. Mövsümün sonunda Bakı klubu ilə yollarını ayıran hücumçu daha sonra komandadan göndərilib.
Karyerası ərzində “Beşiktaş”, “Porto”, “Monako”, “Marsel”, “Loryan”, “Əl-Nəsr” və digər klublarda çıxış edən Abubakar Türkiyədə daha əvvəl “Beşiktaş” və “Hatayspor”un formasını geyinib.
