Klopp Musialaya dəstək oldu: “Əvvəlcə sağal, sonra ...”

28 Avqust 2026 23:57
91
Klopp Musialaya dəstək oldu: “Əvvəlcə sağal, sonra ...”

Almaniya millisinin baş məşqçisi Yurgen Klopp “Bavariya”nin futbolçusu Camal Musialaya dəstək olub.

İdman.Biz “Bild“ nəşrinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis səhhətində problem yaşayan 23 yaşlı futbolçu ilə əlaqə saxlayaraq onun milli komandadakı gələcəyi ilə bağlı narahat olmamasını bildirib.

Klopp Musialaya telefonla deyil, səsli mesaj vasitəsilə müraciət edib. O, futbolçuya əvvəlcə tam sağalmasını, daha sonra isə Almaniya millisinin qapısının onun üzünə açıq olacağını deyib.

“Əsas narahatlığını aradan qaldırmaq istəyirdim ki, bunun hansısa şəkildə milli komandadakı gələcəyinə təsiri ola bilər. Əlbəttə, belə deyil, əksinə”, – Klopp bildirib.

Qeyd edək ki, Musiala “Bayern”in hazırlıq prosesində iki dəfə yerə yıxılıb. Buna görə o, Dortmund “Borussiya”sı ilə Almaniya Superkuboku matçını və Bundesliqanın ilk turunda “Ştutqart”la görüşü buraxıb.

Klopp bildirib ki, Vinsent Kompani ona Musialanın yenidən yaxşı fiziki formada olduğunu deyib.

“Oğlan, əvvəlcə sağal, sonra qapı üzünə açıq olacaq. O, yenidən əla formadadır. Düşünürəm ki, bunun üçün mükəmməl klubda və mükəmməl mühitdədir. Biz də həmin mühitə töhfə vermək istəyirik. Əvvəlcə sağal, sonra qapı üzünə açıq olacaq”, – Almaniya millisinin baş məşqçisi vurğulayıb.

İdman.Biz