Amerika futbolunda qorxunc araşdırma

26 Avqust 2026 16:39
70
Amerika futbolunda qorxunc araşdırma

Yeni araşdırma Amerika futbolunda təkrarlanan baş zərbələrinin yaratdığı təhlükəni yenidən gündəmə gətirib

NFL-də çıxış etmiş oyunçuların beyin sağlamlığı ilə bağlı aparılan yeni araşdırmanın nəticələri açıqlanıb.

İdman.Biz xəbər verir ki, 2016–2021-ci illər arasında vəfat edən keçmiş NFL oyunçularının ən azı dörddə birində xroniki travmatik ensefalopatiya (CTE) olduğu müəyyənləşdirilib.

Həmin müddətdə 878 keçmiş NFL oyunçusu vəfat edib. Onlardan 235-nin beyni elmi araşdırma üçün təqdim olunub və 215 nümunədə CTE aşkarlanıb. Xəstəliyin dəqiq diaqnozu yalnız ölümdən sonra qoyula bilir.

Araşdırmanın aparıcı müəllifi Daniel Daneşvar keçmiş NFL oyunçularında neyrodegenerativ xəstəliklərdən ölüm riskinin ümumi əhali ilə müqayisədə təxminən dörd dəfə yüksək olduğunu bildirib.

Alimlərin diqqət çəkdiyi əsas məqamlardan biri zərbələrin böyük hissəsinin NFL-də deyil, daha əvvəl – məktəb, kollec və yeniyetmə səviyyəsində baş verməsidir. Araşdırmaya görə, başa alınan zərbələrin təxminən 70 faizi məşqlər zamanı qeydə alınır.

NFL isə oyunu daha təhlükəsiz etmək üçün baş zərbələrinin və beyin silkələnmələrinin sayını azaltmağa yönəlmiş tədbirlərin davam etdirildiyini açıqlayıb.

İdman.Biz
Məqalədə: