“Çelsi” “Atalanta”nın mərkəz müdafiəçisi Onest Ahanorla maraqlanır.
İdman.Biz insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, London klubunun nümayəndələri 18 yaşlı futbolçunun inkişafını izləyir və onu gələcək üçün potensial transfer hədəfi kimi nəzərdən keçirirlər.
Bildirilir ki, “Atalanta” bu yay Ahanorla bağlı adı açıqlanmayan klublardan gələn iki təklifi artıq rədd edib.
Müdafiəçi Berqamo təmsilçisinin heyətində bütün turnirlərdə 35 oyun keçirib və bir qol vurub.
Futbolçunun bazar dəyəri 30 milyon avro qiymətləndirilir. Ahanorun “Atalanta” ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.
