Nkunku “Leyptsiq”ə qayıdır

24 Avqust 2026 08:20
110
Nkunku “Leyptsiq”ə qayıdır

Almaniyanın “Leyptsiq” futbol klubu “Milan”ın hücumçusu Kristofer Nkunkunu yenidən heyətinə qatmağa yaxındır.

İdman.Biz xəbər verir ki, klublar fransalı futbolçunun keçidi ilə bağlı razılıq əldə ediblər.

Nkunkunun əvvəlcə icarə əsasında “Leyptsiq”ə keçəcəyi, müqaviləyə satınalma hüququnun daxil ediləcəyi bildirilir. Futbolçu da keçmiş klubuna qayıtmağa razılıq verib.

Nkunku 2019-2023-cü illərdə “Leyptsiq”də çıxış edib və məhz Almaniya klubundakı performansı ilə Avropa futbolunun ən çox diqqət çəkən hücumçularından birinə çevrilib.

İdman.Biz