İngiltərənin “Liverpul” klubunun futbolçusu Kodi Qakpo karyerasını “Tottenhem”də davam etdirməyə yaxındır.
İdman.Biz Niderlandın “Voetbal International” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu London klubu ilə şəxsi müqavilənin şərtləri üzrə prinsipial razılığa gəlib.
Bununla belə, “Liverpul” və “Tottenhem” arasında transferlə bağlı yekun razılaşma əldə olunmayıb. Tərəflərin danışıqları davam edir. “Liverpul”un Qakpo üçün 60 milyon funt sterlinqdən (təxminən 138 milyon manat) çox məbləğ tələb etdiyi bildirilir.
Qeyd edək ki, Kodi Qakpo 2023-cü ilin yanvarından “Liverpul”da çıxış edir. Niderland millisinin üzvünün Mersisayd təmsilçisi ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
