Türkiyəli jurnalist Burhan Terzi Almaniya milli komandasının və “Bavariya”nın yarımmüdafiəçisi Camal Musialanın “Qalatasaray”a transferi ilə məlumata görə saxlanılıb.
İdman.Biz bu barədə Halk TV-yə istinadən məlumat verir.
Jurnalist saxlanılıb və dindirilmək üçün polis bölməsinə aparılıb. Prosedura futbol azarkeşlərinin Terzini idman ictimaiyyətini qəsdən çaşdırmaqda ittiham etməsindən sonra başlayıb.
Terzi daha əvvəl Musialanın “Qalatasaray”a keçəcəyini bildirmişdi. Türkiyə klubu bu məlumatı təkzib edən rəsmi açıqlama yayıb.
Musiala 2020-ci ilin yayından bəri “Bavariya”da oynayır. O, Münhen klubunda bütün yarışlarda 231 oyun keçirib, 69 qol vurub və 45 məhsuldar ötürmə edib.
