“Barselona” Andreas Kristensenlə yeni müqavilə imzalayıb

1 İyul 2026 13:28
74
“Barselona” Andreas Kristensenlə yeni müqavilə imzalayıb

İspaniyanın “Barselona” komandası futbolçusu Andreas Kristensenlə yeni müqavilə imzalayıb.

İdman.Biz klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi daha iki mövsüm Kataloniya təmsilçisinin formasını geyinəcək.

Bununla yanaşı, 2027-ci ilin yayında tərəflərdən hər biri sözləşməyə vaxtından əvvəl xitam vermək hüququna malik olacaq.

2022-ci ildən "Barselona"da çıxış edən danimarkalı oyunçu indiyədək komandanın heyətində 98 matçda beş qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz