Portuqaliya millisinin və İngiltərənin “Mançester Yunayted” futbol klubunun yarımmüdafiəçisi Bruno Fernandeş növbəti statistikası ilə diqqət mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, 31 yaşlı futbolçu klub və milli komanda səviyyəsində keçirdiyi son 36 oyunda 25 məhsuldar ötürmə müəllifi olub.
Təcrübəli yarımmüdafiəçi son illərdə “Mançester Yunayted”in hücum xəttində əsas yaradıcı qüvvələrdən biri kimi çıxış edir. O, 2025/2026 mövsümündə də Premyer Liqanın ən yaxşı assistentlərindən biri olub və mövsümü 21 məhsuldar ötürmə ilə başa vurub.
