Çilili futbolçu Aleksis Sançes Səudiyyə Ərəbistanın klublarının maraq dairəsinə düşüb.
İdman.biz xəbər verir ki, üç komanda 35 yaşlı futbolçunun xitmətində maraqlıdır.
“Əl-İttihad”, “Əl-Şabab” və “Əl-İttifaq” qış fasiləsi dövründə Sançesi heyətinə cəlb etmək istəyindədir. Amma Sançes özü ABŞ-ın MLS Liqasında oynamaq arzusundadır.
Qeyd edək ki, “İnter”in heyətində çıxış edən Aleksis 12 oyunda 2 dəfə fərqlənib.
İdman.biz
