“İnter” klubu İanis Massoleni “Modena”dan transfer edib. Müqavilənin daha əvvəl 3,5 milyon avro dəyərində olduğu bildirilirdi.
İdman.Biz xəbər verir ki, 197 sm boyu olan 23 yaşlı yarımmüdafiəçi Milan klubu ilə 30 iyun 2030-cu ilə qədər müqavilə imzalayıb.
Fransalı futbolçu bu mövsümün sonuna qədər hazırkı klubunda qalacaq.
Massolen cari B Seriyası mövsümündə 14 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib.
