Kriştianu Ronaldu 961-ci qolunu vurub - VİDEO

31 Yanvar 2026 01:33
110
Kriştianu Ronaldu 961-ci qolunu vurub

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu karyerasının 961-ci qolunu vurub.

İdman.Biz bildirir ki, 40 yaşlı futbolçu Səudiyyə Ərəbistanı Pro Liqasının 19-cu turunda “Əl-Xolud”a qarşı oyunun 47-ci dəqiqəsində Joao Feliksin ötürməsindən sonra hesabı açıb.

Oyun 3:0 hesabı ilə “Əl-Nəsr”in xeyrinə qurtarıb. Digər qolları Məhəmməd Simakan (53) və Kinqsli Koman (87) vurublar.

Portuqaliyalı oyunçunun hazırda klub səviyyəsində 819, milli komanda səviyyəsində isə 142 qolu var.

İdman.Biz