Bir neçə agent “Real Madrid”ə “Arsenal” komandasının cinah hücumçusu Qabriel Martinellini təklif edir. “Los Blancos” onu cinah oyunçusu Vinisius Juniorun potensial əvəzedicisi kimi görür.
İdman.Biz-in Defensa Central-a istinadla yaydığı məlumata görə, 24 yaşlı futbolçunun potensial transfer haqqı təxminən 100 milyon avro ola bilər.
Yekun rəqəmin daha aşağı olma ehtimalı da mövcuddur. Martinelli yeddi ildən sonra London klubundan ayrılacağını istisna etməyib.
Bu mövsüm “Arsenal”ın cinah hücumçusu bütün yarışlarda 25 oyunda meydana çıxıb, doqquz qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 45 milyon avrodur.
