Ronaldu 2025-ci ili hansı fiziki vəziyyətdə başa vurduğunu qeyd edib

Xəbərlər
27 Dekabr 2025 01:20
45
Ronaldu 2025-ci ili hansı fiziki vəziyyətdə başa vurduğunu qeyd edib

Portuqaliya yığmasının və “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu özünün X sosial şəbəkə hesabında 2025-ci ilinin sabitlik üzərində qurulduğunu qeyd edib.

İdman.Biz xəbər verir ki, Ronaldu xüsusi analizə görə, bioloji yaşının hazırkı yaşından 10 il kiçik olduğunu bildirən hesabat da yayımlayıb.

40 yaşlı oyunçu yazıb: “2025-ci ili müsbət bir şəkildə başa vururuq və gələn il üçün planlarımızı təsdiqləyirik”.

Bu mövsüm Ronaldu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 13 oyunda meydana çıxıb, 11 qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 12 milyon avrodur.

İdman.Biz