Son bir neçə həftə ərzində “Komo”"nun hücumameylli yarımmüdafiəçisi Niko Pas “Mançester Siti”, “Liverpul”, “Çelsi” və “Arsenal”ın təkliflərini rədd edib.
İdman.Biz TEAMtalk-a istinadla xəbər verir ki, argentinalı futbolçu akademiyasının yetirməsi olduğu “Real Madrid”ə qayıtmaq istəyir.
Mənbənin məlumatına görə, “Real Madrid”" 21 yaşlı yarımmüdafiəçidə potensial görür və onu bu yay geri almağa hazırdır.
Bu mövsüm Pas bütün yarışlarda 16 oyunda meydana çıxıb, beş qol vurub və beş məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt” portalındakı məlumata görə, onun bazar dəyəri 55 milyon avrodur.
