“Napoli” və “Milan” arasında keçirilən İtaliya Superkubokunun yarımfinal oyunu başa çatıb.
İdman.Biz xəbər verir ki, “Napoli" oyunu 2:0 hesabı ilə qazanıb.
Oyun Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki “Əl-Əvvəl Park”da baş tutub.
39-cu dəqiqədə David Neres hesabı açaraq “Napoli”yə üstünlük qazandırıb. 64-cü dəqiqədə Rasmus Hoylund komandasının ikinci qolunu vurub.
Bu turnirin digər oyununda A Seriyasının ikincisi “İnter” və İtaliya Kubokunun qalibi “Bolonya” qarşılaşacaq.
