“Çelsi” “Sportinq”in mərkəz müdafiəçisi Usman Diomande ilə maraqlanır, lakin “Caught Offside”a görə, “Kristal Palas” “göylər”in transferi başa vurmasına mane ola bilər.
İdman.Biz bildirir ki, 22 yaşlı futbolçunun müqaviləsində 80 milyon avroluq sərbəst qalma maddəsi var.
Bu rəqəm “Kristal Palas”ı çəkindirə bilər, lakin bu, “Çelsi” üçün böyük problem olmaya da bilər. “Göylər”in müqaviləsi 2026-cı ilin yayında başa çatacaq Mark Qehinin potensial əvəzedicisi kimi Diomandeni nəzərdən keçirdiyi bildirilir.
Bu mövsüm Diomande bütün yarışlarda 11 oyunda meydana çıxıb və qol vurmayıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.
