Bosniyalı hücumçu Edin Ceko qarşıdan gələn transfer pəncərəsində “Fiorentina”dan ayrıla bilər.
İdman.Biz-in xəbərinə görə, insayder Fabrizio Romano bu barədə sosial mediada məlumat verib.
Klub A Seriyasının sonuncu pilləsindədir və artıq heyətində dəyişiklik planlaşdırır. Komanda son altı oyunun dördündə uduzub və ikisində heç-heçə edib.
Ceko yayda “Fənərbağça”dan “Fiorentina”ya keçib. 39 yaşlı hücumçu 30 iyun 2026-cı ilə qədər bir illik müqavilə imzalayıb və müəyyən şərtlər yerinə yetirilərsə, 30 iyun 2027-ci ilə qədər avtomatik olaraq uzadılıb.
Bu mövsüm hücumçu “Fiorentina”da 15 oyunda meydana çıxıb və iki qol vurub. Transfermarkt Edin Cekonun dəyərini 1,6 milyon avro qiymətləndirir.
