Danimarka öz meydançasında Belarusa qalib gələ bilməyib

Xəbərlər
16 Noyabr 2025 01:58
35
Danimarka öz meydançasında Belarusa qalib gələ bilməyib

DÇ-2026-nın seçmə mərhələsində Danimarka və Belarus komandaları arasında oyunu başa çatıb.

İdman.Biz bildirir ki, matç Kopenhagendəki “Parken” stadionunda baş tutub və 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Yarımmüdafiəçi Mikkel Damsqaard oyunun ilk qolunu 11-ci dəqiqədə vurub. İkinci hissədə Belarusun yarımmüdafiəçisi Valeri Qromıko 62-ci dəqiqədə hesabı bərabərləşdirdi, üç dəqiqə sonra Nikita Demçenko qonaqları irəli çıxarıb. 79-cu dəqiqədə danimarkalı hücumçu Qustav İsaksen hesabı bərabərləşdirib.

Beş oyundan sonra Belarusun bir xalı var və C qrupunda sonuncu yerdədir. Danimarka beş oyunda 11 xal qazanıb və birinci yerdədir.

İdman.Biz