İngiltərə millisinin keçmiş hücumçusu Qari Lineker DÇ-2026-da qalib gəlməyə iddialılar haqqında sualı cavablandırıb.
İdman.Biz bildirir ki, İngiltərə millisi artıq dünya çempionatına vəsiqəni təmin edib.
“İspaniya aparıcı iddialılar arasındadır. Onların fantastik komandası var. İngiltərənin çox yaxşı oyunçuları və böyük şansı var, amma bildiyimiz kimi, ölkəmizin dünya çempionu olması çox çətindir.
Həmçinin düşünürəm ki, Fransa və Argentinanın şansı var. Unutmayaq ki, onlarda hələ də çox yüksək səviyyədə oynayan Messi var”, - Lineker deyib.
