Mark Qehi seçmə mərhələnin son oyununda komandasına kömək edə bilməyəcək

Xəbərlər
15 Noyabr 2025 00:25
30
Mark Qehi seçmə mərhələnin son oyununda komandasına kömək edə bilməyəcək

“Kristal Palas”ın müdafiəçisi Mark Qehi İngiltərə millisinin düşərgəsindən ayrılıb və Albaniya ilə keçiriləcək DÇ-2026-nın seçmə oyununda oynamayacaq.

İdman.Biz bildirir ki, matç noyabrın 16-da Tirana şəhərindəki “Air Albania” stadionunda keçiriləcək.

Bu həftə müdafiəçi “Tottenhem Hotspur”un məşq bazasında “üç aslan”a qoşulub, lakin reabilitasiyasını davam etdirmək üçün klubuna qayıdıb. İngiltərə millisinin rəsmi saytı xəbər verir ki, Tomas Tuxel 24 nəfərlik heyətlə Tiranaya səfərə hazırlaşacaq.

İngiltərə DÇ-2026 seçmə mərhələsində K qrupunda 21 xalla birinci yerdədir. Onlar artıq turnirdə yerlərini təmin ediblər.

İdman.Biz