Messi Hindistan turnesi çərçivəsində hər görüş üçün 107 min dollara qədər qazanacaq

Xəbərlər
14 Noyabr 2025 21:04
31
Messi Hindistan turnesi çərçivəsində hər görüş üçün 107 min dollara qədər qazanacaq

Argentinanın və “İnter Mayami”nin millisinin hücumçusu və kapitanı Lionel Messi 13-15 dekabr 2025-ci il tarixlərində Hindistana səfəri zamanı hər görüş üçün 107.000 dollara qədər qazanacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Hindistanın NDTV Profit nəşri məlumat verib.

Cənubi Amerikalı hücumçu üç şəhərə səfər edəcək: Kalkutta, Mumbay və Dehli. Səkkizqat “Qızıl top” mükafatçısı ilə görüşmək istəyənlər üçün səyahət edənlərin sayından asılı olaraq tur paketləri hazırlanıb. Tək azarkeş 11.000 dollar, dörd nəfərlik ailə 28.000 dollar, 10 nəfərlik qrup isə 107.000 dollar ödəyəcək.

Paketin qiymətinə Messi ilə görüş, şəkil çəkdirmək imkanı, imzalı Argentina milli komandasının forması, şam yeməyi və hücumçunun nümayiş penalti seriyasına baxmaq daxildir.

İdman.Biz