Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldu dünyanın ən məşhur insanı olduğunu bildirib.
İdman.Biz bildirir ki, 40 yaşlı futbolçu həmçinin ABŞ prezidenti Donald Trampla görüşmək istədiyini deyib. Ötən yay Ronaldu Trampa şəxsi imzası olan forma göndərib.
“Donald Tramp dünyanı dəyişməyə kömək edə bilər. Onunla görüşmək istərdim. Trampa ortaq cəhətlərimizin olduğunu deyərdim, amma bu barədə müsahibədə danışa bilmərəm.
Mən Donald Trampdan daha məşhuram, dünyanın ən populyar insanıyam. Məndən daha məşhur bir insanın adını çəkin”, - deyə Ronaldu jurnalist Pirs Morqana verdiyi müsahibədə bildirib.
