Argentina milli komandasının oyunçuları və məşqçi heyəti Anqola ilə səfər oyunundan əvvəl peyvənd olunacaqlar.
Bu barədə İdman.Biz TyC Sports-a istinadən məlumat verir.
Oyun 14 noyabrda Luandada keçiriləcək. Baş məşqçi Lionel Skaloni tərəfindən Argentina milli komandasına çağırılan oyunçular bölgədə geniş yayılmış xəstəliklərin qarşısını almaq üçün bir sıra profilaktik peyvəndlərdən keçməlidirlər.
Qeyd olunur ki, məcburi sarı qızdırma peyvəndinə əlavə olaraq, səhiyyə orqanları Afrikanın bu hissəsinə səyahət edən hər kəsə yeddi peyvənd almağı tövsiyə edir.
Anqola ilə yoldaşlıq oyunu Argentinanın noyabr ayında keçiriləcək beynəlxalq fasilədə yeganə oyunu olacaq.
