Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
“Atletiko Madrid” Sevilya”nı darmadağın edib - VİDEO - İdman və Biz

“Atletiko Madrid” Sevilya”nı darmadağın edib - VİDEO

Xəbərlər
1 Noyabr 2025 21:35
42
“Atletiko Madrid” Sevilya”nı darmadağın edib - VİDEO

İspaniya La Liqasının 11-ci turunda “Atletiko Madrid” və “Sevilya” arasındakı oyun bitib.

İdman.Biz bildirir ki, qarşılaşma Madriddəki “Civitas Metropolitano” stadionunda baş tutub.

Oyun 3-0 hesabı ilə ev sahibi komandanın xeyrinə başa çatıb.

Oyunun ilk qolunu Julian Alvarez vurub. Argentinalı hücumçu 64-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib. 77-ci dəqiqədə yarımmüdafiəçi Tiaqo Almada hesab arasındakı fərqi artırıb. 90-cı dəqiqədə Antuan Qrizmann hesabı 3-0 edib.

“Sevilya” İspaniya çempionatının turnir cədvəlində 13 xalla 11-ci yerdədir. “Atletiko Madrid” isə 22 xalla dördüncü yerdədir.

İdman.Biz