İspaniya çempionatının 11-ci turunda “Xetafe” – “Jirona” oyunu başa çatıb.
İdman.Biz bildirir ki, qarşılaşma 2:1 hesabı ilə “Xetafe”nin qələbəsi ilə yekunlaşıb.
Qolları “Xetafe”dən Mario Martin (73) və Borxa Mayoral (87) “Jirona”da isə Kristian Stuani (90+4) vurublar.
“Xetafe” 11 oyundan 17 xal toplayaraq 6-cı yerdədir. “Jirona” isə 7 xalla sonuncu, 20-ci yerdə qərarlaşıb.
