“Sassuolo” qələbə qazanıb, “Piza”yla “Latsio” heç-heçə oynayıblar

Xəbərlər
31 Oktyabr 2025 01:47
47
“Sassuolo” qələbə qazanıb, “Piza”yla “Latsio” heç-heçə oynayıblar

İtaliya A Seriyasının 9-cu turunda “Sassuolo” səfərdə “Kalyari”ni 2-1 hesabı ilə məğlub etdi.

İdman.Biz bildiriri ki, Arman Loryente (54-cü dəqiqə) və Andrea Pinamontinin (65-ci dəqiqə) qolları qonaqların qələbəsini təmin edib. Ev sahiblərindən Sebostiano Esposito (73-cü dəqiqə) qol vurub.

“Sassuolo” (13 xal) A Seriyasında onuncu yerə yüksəlib. “Kalyari” (9) turnir cədvəlində 14-cü yerdədir.

Turun digər oyununda “Piza” və “Latsio” qarşılaşıblar. Oyunda hesab açılmayıb.

“Piza” 4 xalla 17-ci yerdədir. “Latsio” 12 xalla 11-ci pillədə qərarlaşıb.

İdman.Biz