İngiltərə Premyer Liqasının 9-cu turunda “Liverpul”un 33 yaşlı hücumçusu Məhəmməd Salah “Brentford”un qapısına 89-cu dəqiqədə qol vurub.
İdman.Biz bildirir ki, bu qol “Liverpul”u məğlubiyyətdən xilas etməsə də, “Opta Sport”un məlumatına görə, Salah tək bir klubda ən çox qol və məhsuldar ötürmə üzrə Premyer Liqa rekorduna yaxınlaşıb.
Hücumçu “Liverpul”da olduğu müddətdə 275 məhsuldar ötürmə (187 qol və 88 məhsuldar ötürmə) edib. Hazırkı rekordçu Ueyn Runi “Mançester Yunayted”də 276 məhsuldar ötürmə (183 qol və 93 məhsuldar ötürmə) edib.
Bu mövsüm Salah klubun heyətində bütün yarışlarda 13 oyuna çıxıb, dörd qol vurub və üç məhsuldar ötürmə edib.
