“Barselona”nın prezidenti Joan Laporta “Real”ın hakimlərə qarşı tez-tez etdiyi tənqidlərə münasibət bildirib.
İdman.Biz bildirir ki, Laporta komandaların “El-Klasiko”da qarşılaşması ilə bağlı bir sıra məqamlara toxunub:
“Gəlin hamımızın komandamızın bizə böyük sevinc bəxş edəcəyinə əmin olduğumuz gözəl bir matça hazırlaşaq. Rəqib hakimlər korpusu ətrafında sağlam olmayan bir atmosfer yaradıb. O klubun telekanalının hərəkətləri hakimlərə təsir göstərir; bu, arzuolunmaz və yolverilməz bir qələbə strategiyasıdır.
Onlar deyə bilməzlər ki, hakimlər onlara zərər verir və ya “Barsa”ya kömək edir. Biz qurban rolunu oynamayacağıq, yenidən “Bernabeu”da qalib gəlməyə çalışacağıq".
Qeyd edək ki, bu gün İspaniya çempionatının X turu çərçivəsində “El-Klasiko” keçiriləcək.
