Kriştiano Ronaldo “Əl-Nəsr”in qalib gəldiyi oyunda 950-ci qolunu vurub - VİDEO

Xəbərlər
26 Oktyabr 2025 01:23
63
Kriştiano Ronaldo “Əl-Nəsr”in qalib gəldiyi oyunda 950-ci qolunu vurub - VİDEO

Səudiyyə Ərəbistanı Pro-Liqasında altıncı turun “Əl-Həzm” – “Əl-Nəsr” oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, Kriştiano Ronaldonun komandası 2-0 hesabı ilə qalib gəlib.

Oyunda ilk qolu Joao Feliks vurub. Qonaq komandanın hücumçusu 25-ci dəqiqədə fərqlənib. İkinci hissədə, 79-cu dəqiqədə Kriştiano Ronaldo komandasının üstünlüyünü artıraraq hesabı 2-0 etdi.

Bununla da portuqaliyalı hücumçu karyerasında 950-ci qolunu vurub.

Altı turdan sonra “Əl-Həzm” beş xala malikdir və 14-cü yerdədir. “Əl-Nəsr” 18 xalla Səudiyyə Ərəbistanı liqasına liderlik edir.

İdman.Biz