İspaniya La Liqasının 10-cu turunda “Atletik Bilbao” və “Xetafe” üz-üzə gəliblər.
İdman.Biz bildirir ki, komandalar Bilbaodakı “San Mames” stadionunda oynayıblar.
Matçda qonaqlar 1-0 hesabı ilə qalib gəliblər. Oyunun yeganə qolunu 75-ci dəqiqədə “Xetafe”nin hücumçusu Borxa Mayoral vurdu.
Bu qələbə “Xetafe”yə xallarının sayını 14-ə çatdırmağa və İspaniya liqasının cədvəlində doqquzuncu yerə yüksəlməyə imkan verib. “Atletik Bilbao” 14 xalla La Liqada səkkizinci yerdədir.
Turun digər oyununda “Espanyol” "Elçe"ni qəbul edib. Qarşılaşma 1:0 hesabı ilə “Espanyol”un xeyrinə başa çatıb.
Yeganə qolu 47-ci dəqiqədə Karlos Romero vurub.
“Espanyol” bu qələbədən sonra 18 xalla turnir cədvəlində üçüncü yerdədir. 14 xal toplamış “Elçe” 8-cidir.
