La Liqanın autsayderlərinin oyunu məhsuldar keçib

Xəbərlər
25 Oktyabr 2025 19:00
48
La Liqanın autsayderlərinin oyunu məhsuldar keçib

İspaniya çempionatında 10-cu turda “Jirona” “Ovyedo”nu qəbul edib.

İdman.Biz bildirir ki, oyun məhsuldar alınıb. Qarşılaşma 3:3 hesabı ilə bitib.

Hesabı 38-ci dəqiqədə “Ovyedo”dan Federiko Vinyas açıb.

57-ci dəqiqədə Xose Solomon Rondon qonaqların üstünlüyünü iki topa çatdırıb. 64-cü dəqiqədə Krisitan Stuani hesab arasındakı fərqi azaldıb. 83-cü dədiqədə Azzedin Unai “Jirona”nın ikinci topunu vurub. 90-cı dəqiqədə isə Stuani oyunda özünün ikinci qolunu vuraraq meydan sahiblərini irəli çıxarıb. Lakin 90+7-də David Karmu vurquğu qolla qonaqları məğlubiyyətdən qurtarıb.

Bu oyundan sonra “Ovyedo” 7 xalla sonuncu yerdədir. Eyni qədər xal toplamış “Jirona” isə 18-ci pillədə qərarlaşıb.

İdman.Biz