Edin Ceko Konfrans Liqasında ən yaşlı qol vuran oyunçu oldu

Xəbərlər
24 Oktyabr 2025 05:04
40
Edin Ceko Konfrans Liqasında ən yaşlı qol vuran oyunçu oldu

“Fiorentina”nın 39 yaşlı hücumçusu Edin Ceko, yarışın ümumi mərhələsinin 2-ci turunda “Rapid Vyana” ilə oyunda qol vurduqdan sonra Konfrans Liqasında ən yaşlı qol vuran oyunçu olub.

İdman.Biz bu barədə “EuroFoot”un X sosial şəbəkəsindəki səhifəsinə istinadən bildirir.

Bosniyalı hücumçu tarixi qolu 48-ci dəqiqədə vurub. "Fiorentina" matçda 3-0 hesabı ilə qalib gəlib.

Ceko ötən yay İtaliya klubuna qoşulub. Bu müddət ərzində hücumçu bütün yarışlarda 10 oyunda meydana çıxıb və iki qol vurub. Bosniyalı karyerası ərzində “Mançester Siti”, “Roma”, “İnter Milan”, “Volfsburq2 və digər klublarda oynayıb. 39 yaşlı oyunçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına qədərdir.

İdman.Biz