“Nottingem Forest” baş məşqçi Ange Postecoğlunu təyin olunduqdan 39 gün sonra istefaya göndərib.
İdman.Biz-in “Opta”ya istinadən verdiyi məlumata görə, bu, Premyer Liqa tarixində baş məşqçinin ən sürətli qovulmasıdır.
Bundan əvvəlki rekord 77 gün ərzində “Kristal Pelas”ı çalışdırmış Frank de Bura məxsus idi.
60 yaşlı Postekoğlu sentyabrın 9-dan "Nottingem Forest"i çalışdırırdı. Komanda onun rəhbərliyi altında 8 oyun keçirib, onlardan 6-da uduzub.