Millimizin üzvlərinin rəqibləri bilinib: Coşqun Diniyevin komandası “Qalatasaray”a qarşı

Xəbərlər
8 Dekabr 2023 16:22
558
Millimizin üzvlərinin rəqibləri bilinib: Coşqun Diniyevin komandası “Qalatasaray”a qarşı

Azərbaycan milli komandasının üzvləri Renat Dadaşov, Coşqun Diniyevin və Şahruddin Məhəmmədəliyevin formasını geydiyi klubların Türkiyə kubokunun 1/16 final mərhələsində rəqibləri müəyyənləşib.

İdman.biz xəbər verir ki, Coşqun Diniyevin şərəfini qoruduğu 1-ci liqa klubu “Ümraniyəspor” superliqa nəhəngi “Qalatasaray”la qarşılaşacaq.

Renat Dadaşovun təmsil olunduğu “Hatayspor” isə 1-ci liqa təmsilçisi “Sakaryaspor”la üz-üzə gələcək. Şahruddin Məhəmmədəliyevin komandası “Adana Dəmirspor” isə 2-ci liqa təmsilçisi “Ərzincanspor”la qarşılaşacaq. Mərhələ 1 oyundan ibarət olacaq.

Qeyd edək ki, 1/16 final mərhələsinin matçları 9-11 yanvar tarixlərində keçiriləcək.

İdman.biz