Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Fransa yığmasının oyunçusunun geyiminə lağ etdilər - FOTO - İdman və Biz

Fransa yığmasının oyunçusunun geyiminə lağ etdilər - FOTO

Xəbərlər
9 Oktyabr 2025 01:49
167
Fransa yığmasının oyunçusunun geyiminə lağ etdilər - FOTO

Luka Modriç Eduardo Kamavinqanın geyiminə istehza edib.

“Real Madrid”in yarımmüdafiəçisi 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və İslandiyaya qarşı keçiriləcək oyun üçün Fransa millisinin düşərgəsinə gəlişinin fotosunu sosial şəbəkədə yayımlayıb.

Şərhlərdə Kamavinqanın “Real Madrid”dən keçmiş komanda yoldaşı Luka Modriç onun geyiminə lağ edib.

“Şakil O'Nilin şalvarı?”, - “Milan”ın yarımmüdafiəçisi yazıb.

NBA-nın keçmiş basketbolçusu Şakil O'Nilin boyu 2 metr 16 santimetrdir.

İdman.Biz