“Real Madrid”in hücumçusu Vinisius Junior yenidən diqqət mərkəzindədir, lakin bu dəfə futbola görə yox.
İdman.biz-in xarici mətbuata istinadən verdiyi məlumata görə, futbolçunun braziliyalı məşhur bloqer Virciniya Fonseka ilə münasibəti cəmi 3 gün davam edib.
Oktyabrın 5-də cütlük münasibətlərini açıq şəkildə təsdiqləyib, lakin dünən Virciniya ayrıldıqlarını açıqlayıb. Məlumata görə, o, Vinisiusun gizli şəkildə başqa qadınlarla mesajlaşdığını və onlardan intim videolar istəməsini aşkar edib.
Bu xəbər sosial mediada qızğın reaksiyaya səbəb olub, azarkeşlər futbolçunun davranışını aktiv şəkildə müzakirə edərək, böyük qalmaqalın onun meydandan kənarda reputasiyasına təsir edə biləcəyini qeyd ediblər. Vinisiusun özü hələlik vəziyyətlə bağlı açıqlama verməyib.