PSJ “Barselona”nın gənc ulduzu Lamin Yamalı heyətinə qatmaq istəyir.
İdman.biz “Defensa Central”a istinadən xəbər verir ki, Fransa klubu 18 yaşlı ispaniyalı vingerin transferi üçün kataloniyalılara 230 milyon avro təklif etməyə hazırlaşır.
Cari mövsümdə Yamal “Barselona”nın heyətində 5 oyunda meydana çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfermarkt futbolçunun dəyərini 200 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, futbol tarixinin ən bahalı transferi 2017-ci ildə “Barselona”dan PSJ-yə Neymarın 222 milyon avroya keçidi olub.