Müğənni Teylor Svifti “Real”la nə bağlayır?

Xəbərlər
7 Oktyabr 2025 04:18
125
Müğənni Teylor Svifti “Real”la nə bağlayır?

Müğənni Teylor Svift “The Life of a Showgirl” (Səhnə qızının həyatı) adlı yeni albom buraxıb.

İdman.biz bildirir ki, yeni albomdakı mahnlardan birində Madridin “Real” klubuna həsr olunmuş sözlər var.

“Wish List” (“Arzular siyahısı”) trekində müğənni çox insanın arzusunda olduğu şeyləri sadalayır.

Mahnıda arzular sırasında “Real Madrid” ilə müqavilə imzalamaq da qeyd olunur. Bu arzu, “Oskar”, Kann film festivalinda “Palma budağı” almaq və ya yaxta sahibi olmaqla bir tutulur.

Teylor Svift Amerika futbolunun ulduzlarından Trevis Kelsi ilə nişanlıdır.

İdman.Biz