Zədəli Mbappe Azərbaycanla oyuna çıxacaqmı?

Xəbərlər
5 Oktyabr 2025 06:19
30
Zədəli Mbappe Azərbaycanla oyuna çıxacaqmı?

“Real Madrid”in oyunçusu Kilian Mbappe “Vilyarreal” la oyunda zədələnib.

İdman.biz bildirir ki, oyun “Real”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Jurnalist Serxio Quirante “Real Madrid”in forvardının ayaq biləyindən zədə aldığını bildirib.

“Kilian özünü yaxşı hiss edir və DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və İslandiya ilə oyunlarda Fransa millisində meydançaya çıxma ehtimalı yüksəkdir”, - Quirante qeyd edib.

Fransa və Azərbaycan milliləri arasında DÇ-2026-nın seçmə mərhələsinin oyunu oktyabrın 10-da saat 22:45-də Parisdəki “Park de Prens” stadionunda başlayacaq.

Mbappe bu mövsüm La Liqada 8 matçda 9 qol vurub.

İdman.biz