“Bornmut” “Lids”dən xal qopara bilib

Xəbərlər
28 Sentyabr 2025 00:54
27
“Bornmut” “Lids”dən xal qopara bilib

İngiltərə Premyer Liqasının altıncı turunda “Lids” “Bornmut”u qəbul edib.

İdman.biz bildirir ki, meydan sahibləri oyuna rəqiblərindən fəal başlasalar da, 26-cı dəqiqədə Antuan Semenyonun cərimə zərbəsindən sonra qol buraxıblar.

Hissənin sonlarında Şon Lonqstaffın ötürməsi ilə Co Rodon bərabərlik qolunu vurub.

54-cü dəqiqədə Lonqstaff hesabı 2:1-ə çatdırıb. 90-cı dəqiqədə Eli Krupi hesabı 2-2 edib.

Dördüncü yerdə qərarlaşan “Bornmut”un hazırda 11 xalı var, “Lids” isə 8 xalla 11-ci yerdədir.

İdman.biz